Türkiyənin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbərləri martın 14-də Bağdadda iraqlı həmkarları ilə təhlükəsizlik toplantısı keçirəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli Ankarada keçirdiyi brifinqdə bildirib.
Belə ki, “Martın 14-də Bağdadda təhlükəsizlik üzrə toplantı keçiriləcək. Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və MİT başqanı İbrahim Kalın iştirak edəcəklər. Görüşdə təhlükəsizliklə bağlı məsələlər və hərbi əməkdaşlıq, terrorizmlə mübarizə probleminə ortaq baxış və bu sahələrdə konkret addımlar müzakirə olunacaq”, - deyə diplomat deyib.
O həmçinin əlavə edib ki, daha əvvəl həm Türkiyə, həm də İraq PKK-nın hər iki ölkə üçün ortaq təhlükə olduğunu vurğulayıblar. “Bu, İraq rəhbərliyinin PKK ilə mübarizə məsələsində mövqeyini dəyişməyə başladığının göstəricisidir və bu, Ankara tərəfindən məmnunluqla qeyd olunur”, - Keçeli vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.