Türkiyə Xarici İşlər Nazirliyi Krımın qanunsuz ilhaqının 10-cu ildönümü ilə bağlı bəyanat yayıb.
Azadmedia.az bəyanatın mətnini təqdim edir:
Belə ki, “Ukraynaya bağlı olan Krım Muxtar Respublikası 10 il əvvəl martın 16-da keçirilən qeyri-legitim referendumda beynəlxalq hüquq normalarına zidd olaraq Rusiya tərəfindən ilhaq edilib. Krımda baş verən hadisələri, xüsusilə yarımadanın əsas xalqlarından biri olan Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə davam edəcəyik. Bir daha xatırladırıq ki, Türkiyə olaraq beynəlxalq hüququn pozulmasını təşkil edən bu de-fakto vəziyyəti tanımırıq. Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi davam etdirəcəyik”, - deyə bəyanatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.