NATO qoşunları Ukraynaya daxil olarsa, Üçüncü Dünya müharibəsi riski yarana bilər.
Azadmedia.az xəbər verir ki, bu sözləri İtaliyanın xarici işlər naziri Antonio Tajani RAI telekanalına müsahibəsində deyib.
Belə ki, “Biz Ukraynanın beynəlxalq hüquq və azadlığını qoruyuruq, lakin Rusiya ilə müharibə aparmırıq. Kiyevə hər cür hərbi, iqtisadi və texniki vasitələr veririk, amma müharibəyə girmək, fikrimcə, yanlışdır”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.