AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI

  • + A
  • - A
  • 16-03-2024, 16:44



    Azərbaycanın məşhur futbol mütəxəssisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniya Bundesliqasında mübarizə aparan klubdan təklif alıb. 

    Məlumata görə, alman komandasının rəhbərliyi Leverkuzendə "Bayer"lə qarşılaşan "Qarabağ"ın baş məşqçisiylə görüşüb. 

    "Bayer"in baş məşqçisi Xabi Alonso Berlin klubunun prezidenti Dirk Zinglerə yeni baş məşqçi olaraq Qurban Qurbanovu məsləhət görüb. "Union"un 20 ildir ki, rəhbəri olan Zingler Leverkuzendə "Qarabağ"ın 52 yaşlı baş məşqçisiylə görüşərək istəyini çatdırıb.

    Azərbaycanın məşhur məşqçisi Qurban Qurbanov Almaniya klubunun rəhbərliyinə təşəkkür edib, lakin təklifi qəbul etməyib.

    117 yaşa malik "Union Berlin" komandasını hazırda 52 yaşlı Nenad Belitsa çalışdırır. Xorvat mütəxəssis ötən ilin noyabrında gətirilsə də, müqavilənin müddəti göstərilməyib.

    Berlin klubu ötən mövsüm Bundesliqada 4-cü olsa da, hazırda çempionatda zəif çıxış edir. "Union" 18 klub sırasında 25 turdan 25 xalla 14-cü pilləni tutur. Bundesliqada 5 ildir yarışan Berlin komandasının futbolçularının qiyməti 149.95 milyon avrodur.  

    UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer"in baş məşqçisi Xabi Alonso Azərbaycan klubunun Bundesliqada mübarizə aparmağa layiq olduğunu bildirmişdi. Xabi Alonso ilə Qurban Qurbanov arasında dostluq münasibətləri də var.(Supersport)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR