Ukraynanın Luqansk vilayət hərbi administrasiyasının keçmiş rəhbəri Sergey Qaydaya yeni vəzifə verilib.
Azadmedia.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
Belə ki, sərəncama əsasən, Sergey Vladimiroviç Qayday Zakarpat vilayətinin Mukaçevo rayon dövlət administrasiyasının sədri təyin olunub.
Həmçinin digər sərəncamla Edqar Tokarya Zakarpat vilayətinin Mukaçevo rayon dövlət administrasiyasının sədri vəzifəsindən azad olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.