Qərb ölkələri Ukraynanın döyüş meydanındakı uğursuzluqlarını gördükdən sonra onu tərk edirlər.
Azadmedia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA-ya müsahibəsində deyib.
Belə ki, “Makron, Borrell, Blinken və bu dəhşətli münaqişəni təhrik edən, Ukraynanı və Ukrayna xalqını onun içinə sürükləyən, onlara “parlaq demokratik gələcək” vəd edən hər kəs indi Ukraynanı tərk edir”, - deyə Zaxarova bildirib.
Həmçinin onun sözlərinə görə, Qərb ölkələri Ukrayna xalqını və Ukraynanın suverenliyini qorumayacaq:
“Ancaq bu ölkədən öz maliyyə maraqları üçün istifadə etməkdə və Rusiyaya qarşı müharibə aparmaqda davam edəcəklər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.