AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir - Lavrov

  • + A
  • - A
  • 16-03-2024, 23:48

    Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir -

    Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir, onlara sahiblik məsələsi həmişəlik bağlıdır.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Krımın Rusiyaya ilhaqının 10-cu ildönümü ilə bağlı videomüraciətində deyib.
    Belə ki, o bildirib ki, son illər Ukraynadan miras qalmış bir çox problemlər aradan qaldırılıb:

    “Vəziyyətin sonrakı inkişafı göstərdi ki, bu qərar yeganə düzgün qərar idi. Bu, krımlıların həyatını, şərəf və ləyaqətini rusofob Kiyev rejiminin təcavüzlərindən qorumağa imkan verdi. İnkişaf üçün aydın perspektivlərə malik olan krımlılar gələcəyə inamla və nikbinliklə baxa bilərlər. Krımda millətindən və dil seçimindən asılı olmayaraq, istisnasız olaraq bütün vətəndaşların hüquqlarına ciddi riayət olunur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR