İsrail mülki əhalinin ərazidən çıxarılmasını təmin etdikdən sonra bir neçə həftə ərzində Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat keçirəcək.
Azadmedia.az xəbər verir ki, bunu İsrail Nazirlər Kabinetinin həftəlik iclasını açan Baş nazir Binyamin Netanyahu deyib.
Belə ki, "Rəfahda əməliyyat keçirəcəyik. Bu, bir neçə həftə çəkəcək və bu baş verəcək", - Netanyahu bildirib. “Hərbi təzyiq (Fələstin radikal hərəkatı) HƏMAS-ın qalan batalyonlarını məhv etməyin və bütün girovları azad etməyin yeganə yoludur”, - deyə onun Dəftərxanası Baş nazirin bəyanatlarını yayıb.
Həmçinin "Biz Rəfahda əməliyyat planlarını, o cümlədən mülki əhalinin döyüş bölgəsindən təxliyəsi üzrə addımları təsdiqləmişik", - Nazirlər Kabinetinin rəhbəri davam edib. "Bu, hərbi əməliyyat ərəfəsində zəruri mərhələdir", - deyə Netanyahu əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.