AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallıda vətəndaş qəbulu keçirib - FOTOLAR

  • + A
  • - A
  • 28-03-2024, 12:56

    Deputat Məşhur Məmmədov Masallıda vətəndaş qəbulu keçirib - FOTOLAR


    Masallı, 28 mart — Azadmedia.az

    Milli Məclisin deputatı Məşhur Məmmədov növbəti dəfə Masallıda vətəndaş qəbulu keçirib. Mütəmadi olaraq təmsil etdiyi 70 saylı şəhər seçki dairəsində yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan deputat qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşüb, onların müraciət və təkliflərini dinləyib. Səsləndirilən müraciətlər əsasən işlə təminat, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri ilə bağlı olub.

    Azadmedia.az xəbər verir ki, deputat Məmmədov öz sosial media hesabında bu barədə qeyd edərək bildirib ki,
    “Mart ayının son həftəsində seçicilərlə ənənəvi qəbul-görüş keçirdik. YAP-ın Masallı rayon inzibati binasında baş tutan qəbul-görüşdən öncə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və həmkarım Anar İsgəndərovla birgə inzibati binanın önündə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni və Masallı şəhidlərinin xatirəsinə salınan Qəhrəmanlar Parkını ziyarət etdik, gül dəstələri düzüb ehtiramınızı bildirdik.
    Qəbul-görüşdə biri Vətən Müharibəsi qazisinin anası olmaqla 16 seçici iştirak edirdi. Aztəminatlı ailələrin çoxluq təşkil etdiyi görüşümüzdə iştirak edən hər kəsin probleminə əlimizdən gələn dəstəyi göstərdik, onların istəklərini dinlədik, problemlərin həlli üçün əlaqədar orqanlara müvafiq müraciətlər edildi. Qəbul-görüşlərimiz davam edir.”














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR