AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Qəzzaya səkkizinci humanitar yardım gəmisini göndərib - AFAD

  • + A
  • - A
  • 28-03-2024, 22:34


    Türkiyə Qəzzaya səkkizinci humanitar yardım gəmisini göndərib -


    Türkiyədən Qəzza zolağına səkkizinci humanitar yardım gəmisi göndərilib.

    Azadmedia.az xəbər verir ki, göyərtəsində yerləşdirilən 2 min 960 tonluq humanitar yardım vasitəsini Qəzzaya çatdıracaq gəmi Mersin Beynəlxalq limanından yola düşüb. Yardımlar Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə Vəqflər Baş İdarəsi tərəfindən hazırlanıb.

    Belə ki, Türkiyə indiyədək Qəzzaya 13 təyyarə və yeddi gəmi vasitəsilə 39 min 607 ton humanitar yardım göndərib. Yardımlara gigiyena, geyim və qida məhsulları ilə yanaşı, səkkiz səhra xəstəxanası, 53 təcili yardım maşını, 242 ton tibbi ləvazimat da daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR