İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrindən ona İrana qarşı itki vermədən siqnal göndərəcək cavab zərbəsi üçün hədəf variantları barədə məlumat verməsini istəyib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, İsrail hərbi kabinetinin iclasında İranın hücumuna cavab vermək üçün bir neçə variant müzakirə olunub.
Həmçinin “Baş nazir İsrailin reaksiyasının beynəlxalq müttəfiqlərini narazı salmamasına çalışır. Eyni zamanda, Tehrana qarşı strateji beynəlxalq alyans yaratmaq imkanlarının əldən verilməsini istəmir. Bu variantlar arasında İran paytaxtında obyektə potensial zərbə və ya kiberməkanda mümkün hücum daxildir. İsrail hərbi kabinetində hamı razıdır ki, İsrail buna cavab verməlidir”, - deyə mənbə vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.