Prezident Baydenin İsrail Baş naziri Benyamin Netanyahuya dediyi kimi, ABŞ İsrailin müdafiəsinə sadiqdir.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Dövlət katibi bildirib ki, ABŞ həmçinin son 36 saat ərzində gərginliyin qarşısını almaq üçün diplomatik cavabı da koordinasiya edir:
“Mən regiondakı həmkarlarımla sıx təmaslarda olmuşam və biz qarşıdakı saatlarda və günlərdə də buna davam edəcəyik. Biz eskalasiya istəmirik, lakin İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiəyə davam edəcəyik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.