ABŞ-nin İsraili dəstəkləməsi, lakin Ukraynaya yardım etməməsi utancvericidir.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində deyib.
Belə ki, "Bu həftə ABŞ Konqresi İsrailə yardımı nəzərdən keçirə bilər, lakin Ukraynaya yardım məsələsi hələ qeyri- müəyyəndir. Bu, ayıbdır və tamamilə siyasətdir”, - deyə Prezident vurğulayıb.
Həmçinin Zelenskinin sözlərinə görə, İsrail və Ukraynaya yardımla bağlı Konqresdə fikir ayrılığı olarsa, sözügedən məsələnin ABŞ-dəki seçki prosesi ilə bağlı olduğunu göstərəcək: “ABŞ-dəki prezident seçkilərindən sonra işimizin daha asan olacağını düşünmürəm. Gələn il barədə düşünmürük. Çünki biz hələ də Ukraynaya dəstəyin hansı səviyyədə olacağını, dünyada nələrin dəyişəcəyini bilmirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.