Ukrayna cəbhədə irəliləyə bilmir.
Azadmedia.az xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.
Belə ki, o bildirib ki, cəbhədə çıxılmaz vəziyyət yaranıb: “Döyüşlər çox şiddətlidir. Lakin Ukraynanın ümid etdiyi sıçrayış baş vermədi. Rusiya isə böyük itkilər hesabına üstünlüyü ələ alır”.
Həmçinin C.Borrell vurğulayıb ki, Qərb güc balansını bərpa etməlidir: “Ukrayna qalib gəlməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.