Rusiya sülhməramlı kontingenti Azərbaycandakı dislokasiya məntəqələrini tərk edir.
Məlumata görə, sülhməramlı kontingentin ilk şəxsi heyəti və hərbi texnikası bir neçə gün əvvəl Kəlbəcər rayonundakı Alban Xudavəng məbədinin ərazisini tərk edib. İndi monastır Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qorunur.
Sosial şəbəkələrdə Rusiya texnikası karvanının Azərbaycanın Tərtər və Bərdə rayonlarından keçməsini əks etdirən video da yayılıb.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları Qarabağ ərazisinə yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.