AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda iki məktəbli ən yüksək bal toplayıb - RİH

  • + A
  • - A
  • 17-04-2024, 12:39

    Masallı rayonunda iki məktəbli ən yüksək bal toplayıb -



    Masallının 2 məktəblisi ən yüksək bal toplayıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 10-da keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri açıqlanıb.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
    Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 2 məzun buraxılış imtahanından maksimum bal toplayanlar sırasındadır. Hər iki məktəbli Masallı rayonundandır.

    Masallı şəhərindəki, Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin on birinci sinif şagirdi Rzayeva Ceyran Anar qızı, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbinin on birinci sinif şagirdi Əsədullayev Amin Arif oğlu onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə göstərərək 300 bal toplayıblar.

    Qeyd edək ki, gələcəkdə hüquqşünas olmaq istədiyini bildirən Ceyran Rzayeva Yavər Ağayev adına Bala Təklə kənd ümumi orta məktəbini (yəni doqquzuncu sinfi) də fərlənmə attestatı (274 bal) ilə bitirib.

    Amin Əsədullayev isə iki il öncə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanından da 288 bal toplayıb. O, kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil almaq fikrindədir.

    Masallı Rayon İcra Hakimiyyəti


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR