Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xarici agentlərlə bağlı qanun layihəsinin qəbul edilməsinə qarşı mitinq keçirən tərəfdarlarını etirazları davam etdirməyə və bütün ölkəyə yaymağa çağırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Belə ki, “Güc yalnız birlikdədir. Təbii ki, etiraz aksiyaları davam etməli və bütün Gürcüstanı əhatə etməlidir. Nə qədər çox olsaq, bir o qədər tez qalib gələcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, Saakaşvili bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərinə qədər birləşməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.