AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə işlərə başladığını elan edib

  • + A
  • - A
  • 23-04-2024, 11:31

    Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə işlərə başladığını elan edib

    Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə işlərə Tavuş bölgəsində Baganis-Voskepar hissəsində başlanacaq. Bu bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər verir.
    Dəqiqləşdirilir ki, minatəmizləmə işləri ilə əlaqədar hazırda Bağanis-Voskepar yolu nəqliyyatın hərəkəti üçün bağlıdır. Həmçinin Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan ərazisinin müəyyən hissəsinin Azərbaycana verilməsi ilə bağlı yayılan xəbərlərin doğru olmadığına aydınlıq gətirib.

    Aprelin 19-da İrəvan Bakı ilə sərhədin ayrı-ayrı hissələri ilə bağlı razılıq əldə etdiyini elan etdi: onlar Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) - Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızıl Hacılı (Azərbaycan) yaşayış məntəqələri arasında keçəcəklər. Qeyd edilib ki, sərhədlər “Sovet İttifaqının dağılması zamanı onun tərkibində mövcud olan qanuni qüvvədə olan respublikalararası sərhədə” uyğunlaşdırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR