İspaniyanın "Real" klubu rekordunu təkrarlayıb.
Paytaxt təmsilçisi buna La Liqanın XXXV turunda "Qranada"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.
Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv cari mövsüm çempionatda 19 matçda qapısını toxunulmaz saxlayıb.
"Kral klubu" 1986/1987 və 1987/1988-cü illət mövsümündə eyni sayda "quru" oyun keçirib.
Qeyd edək ki, hazırda 90 xalı olan "Real" mayın əvvəlində çempionluğu təmin edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.