UEFA Konfrans Liqasının finalında baş tutacaq “Olimpiakos” – “Fiorentina” matçının baş hakimi açıqlanıb.
Final oyunu portuqaliyalı Artur Soareş Diaşa həvalə edilib.
Diaşa həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə isveçli Qlenn Nyuberq yerinə yetirəcək.
Qeyd edək ki, “Olimpiakos” – “Fiorentina” görüşü mayın 29-da Afinada baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.