AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 28 May Müstəqillik Günü münasibətilə konsert proqramı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 27-05-2024, 21:15

    Masallıda 28 May Müstəqillik Günü münasibətilə konsert proqramı keçirilib -


    Masallı, 27 may — Azadmedia.az


    Masallıda 28 May Müstəqillik Günü münasibətilə konsert proqramı keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 27 may 2024-cü il tarixdə Masallı rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “28 May Müstəqillik Günü” münasibətilə konsert proqramı təşkil edilib.

    Belə ki, konsertdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ağsaqqalları, ziyalıları, media əməkdaşları və gənclər iştirak ediblər.

    Həmçinin N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində baş tutan konsert Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Qeyd edək ki, daha sonra N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri və Onbirillik İncəsənət məktəbinin şagirdlərinin ifasında canlı musiqi səsləndirilib və konsert proqramı yekunlaşdırılıb.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR