DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- Avqustun 6-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
*Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.*
Avqustun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 tüfəng təhvil götürüblər.
***
*Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.*
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqrama yaxın heroin, 63 kiloqramdan artıq marixuana və 500 qrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
***
*Polis əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
***
Avqustun 6-da saat 05 radələrində Baş Mühafizə İdarəsinə paytaxtın Nərimanov rayonundakı mağazaların birindən daxil olmuş həyəcan siqnalı yoxlanılarkən qapını sındırmaqla kassa aparatını oğurlamağa cəhd edən, eyni əməli daha öncə də törətdiyinə görə axtarışda olan İslam Quliyev saxlanılıb və ərazi üzrə polis orqanına təhvil verilib.
Araşdırma aparılır.
***
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakininə məxsus avtomobildən içərisində 900 manat və 2 bank kartı olan çantanı oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.