Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qaralı kəndi ərazisində yabanı halda bitən 947 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Şöbə əməkdaşları tərəfindən ötən ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 17 nəfər saxlanılıb. Onlardan 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.