AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirildi

  • + A
  • - A
  • 14-06-2021, 13:13


    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Ələsgərov Nərimanov rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 806 qramdan artıq heroin, 262 qramdan artıq metamfetamin və narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş pulların yükləndiyi 1 ədəd bank kartı aşkar edilərək götürülmüşdür.

    ***
    Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ əməkdaşlarının birgə keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Binə qəsəbə sakini S.Ağayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

    ***
    Bərdə RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Lənbəran kəndi ərazisində yabanı halda bitmiş 5 ton 150 kiloqram çəkidə 25.000 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

    ***
    Tərtər RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş 2,1 ton çəkidə 4230 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

    ***
    Quba RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mirzəqışlaq kənd sakinləri, əvvəllər məhkum olunmuş M.Babayev və oğluna məxsus həyətyanı sahədən və istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 110 ədəd çətənə kolu, habelə M.Babayevin yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 16 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

    ***
    Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xolmili kənd sakini M.Fərziyevin torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 47 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

    ***
    Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini V.Əkbərovun yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR