AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 9-12-2024, 12:03

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    Dekabrın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
    ***

    *Dekabrın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
    ***

    *Polis əməkdaşlarının dekabrın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
    ***

    *Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 7-də və 8-də ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.*

    *Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
    ***

    *Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.*

    *Dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 tüfəng, 14 patron darağı və 1151 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.*
    ***

    Narkotik aludəçisi olan sürücü və sərnişinin məsuliyyətdən yayınmaq cəhdləri uğursuz oldu

    Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Rəvan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıq cihazları nasaz olduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, R.Əhmədov məsuliyyətdən yayınmaq məqsədilə sərnişini Tayfun Nəcəfovla birgə polisə tabesizlik göstərib, özünə xəsarət yetirməklə süni gərginlik yaratmağa calışıb.

    Tibbi müayinə zamanı hər iki şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Ərazi polis orqanına təhvil verilən R.Əhmədov barəsində müvafiq inzibati tənbeh tədbiri görülüb, üzərindən narkotik vasitə götürülən T.Nəcəfov isə məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.

    Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR