AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə səhiyyə ilə bağlı ictimai dinləmədə jurnalistlər zaldan çıxarıldı

  • + A
  • - A
  • Dünən, 16:23

    Milli Məclisdə səhiyyə ilə bağlı ictimai dinləmədə jurnalistlər zaldan çıxarıldı

    Milli Məclisdə səhiyyə ilə bağlı ictimai dinləmədə jurnalistlər zaldan çıxarıldı. Azadmedia.az xəbər verir ki, bu barədə Real TV əməkdaşı, tanınmış jurnalist Mahir Məmmədli məlumat verib.
    M.Məmmədli yazır:
    "Milli Məclisdə səhiyyə ilə bağlı ictimai dinləmə keçirilib və... dinləmənin ortasında jurnalistlər zaldan çıxarılıb. Hanı burdakı ictimailik?

    Səhiyyə ilə bağlı kifayət qədər ciddi problemlər var. Bu baxımdan, ictimai dinləmənin keçirilməsi vacibdir. Amma bu dinləmə yalnız "ictimai dinləmə keçirdik" demək üçün keçirilməməli idi.

    Milli Məclisdə ictimai dinləmə ənənəsi spiker Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin 6-cı çağırışından başlayıb. Ötən müddət ərzində maraqlı ictimai dinləmələr keçirilib, onların bəzilərinin faydasını da görmüşük. Lakin bu günkü tədbiri onlara aid etmək olmaz təbii ki".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR