Bu gün səhər saatlarında Xəzər dənizinin akvatoriyasında 3,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Azərbaycanın Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində sahilyanı ərazilərdə dağıntı və ya xəsarət alanlarla bağlı hər hansı məlumat daxil olmayıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu gücdə zəlzələlər zəif seysmik hadisələr kateqoriyasına aid edilir.
Qeyd edək ki, son dövrlərdə Xəzər dənizində seysmik aktivlik mütəmadi olaraq müşahidə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.