AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəşad Məcid: “Şairə Allahdan rəhmət, mediamıza həssaslıq diləyirəm”

  • + A
  • - A
  • Bu gün, 09:38

    Rəşad Məcid: “Şairə Allahdan rəhmət, mediamıza həssaslıq diləyirəm”


    Azadmedia.az xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkədə media etikası ilə bağlı paylaşım edib. O bildirib ki, bəzən mətbuat orqanları şairin yaradıcılığına deyil, ölüm şəraitinə diqqət yetirirlər.

    “Şair öldü – bunu xəbərə çevirmək, şairin bir neçə şeirini yaymaq, yaradıcılığı barədə məlumat vermək təəssüf ki, media subyektləri üçün cəlbedici deyil. Amma şair küçədə, yolda gedərkən ürəktutmasından, ya da qəfil vəfat edirsə, o dəqiqə “cazibədar” başlıq hazırdır: ‘Şair küçədə öldü!’” – deyə Rəşad Məcid qeyd edib.

    O xatırladıb ki, vaxtilə Mətbuat Şurasına müraciət edən bir ana, övladının avtoqəza nəticəsində həyatını itirməsinin “Yanaraq öldü” sərlövhəsi ilə təqdimatına etiraz etmişdi:
    “Dediyi fikir sarsıdıcı idi: ‘O başlıqları oxuyanda elə bilirəm balam hər gün təzədən ölür’”.

    Mətbuat Şurasının sədri bildirib ki, bu problem yalnız Azərbaycana aid deyil, dünyanın bir çox yerlərində oxşar hallara rast gəlinir. Medianın cəlbedici və həyəcanlandırıcı xəbərlərə üstünlük verməsinin təbii olduğunu vurğulayan Rəşad Məcid, bununla yanaşı insani yanaşmanın itirilməməli olduğunu qeyd edib:
    “İnsani duyğuları arxa plana keçirmək qəddarlığa zəmin yaradır. Çalışaq ki, həssaslıq və mərhəmət duyğularımız azalmasın”.

    Sonda Rəşad Məcid “Şairə Allahdan rəhmət, mediamıza həssaslıq diləyirəm”, – sözləri ilə paylaşımına yekun vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR