AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müharibədən zərər görmüş şəxslərə ödənişsiz hüquqi yardım xidməti göstərilir - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 17:51

    Müharibədən zərər görmüş şəxslərə ödənişsiz hüquqi yardım xidməti göstərilir - FOTOLAR


    “Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müharibədən zərər görmüş şəxslərə hüquqi yardım xidmətinin təşkili” adlı layihəni uğurla icra edir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin məqsədi şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial hüquqlar — əmək, tibb, sosial təminat, ailə, təhsil və digər sahələr üzrə məlumatlandırılması, eləcə də onlara ödənişsiz hüquqi yardım göstərilməsidir.

    Fəaliyyət planına uyğun olaraq, 6 avqust 2025-ci il tarixində Tovuz Gənclər Evinin akt zalında ödənişsiz hüquqi yardım günü keçirilib. Görüşdə iştirak edən müharibədən zərər görmüş şəxslər fərdi şəkildə hüquqi məsləhətlər alıblar.

    Layihə çərçivəsində Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. Klinikaya müraciətlər may ayının 5-dən qəbul edilir. Qəbul günləri həftənin I–V günləri, saat 10:00–17:00 arasıdır.

    Klinikanın ünvanı: Bakı şəhəri, A.M. Şərifzadə 122/121
    Əlaqə: (055) 612 85 45

    Qeyd edək ki, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi 29 iyun 2012-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Təşkilatın məqsədi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etməklə vətəndaşların sosial hüquqlarının müdafiəsinə töhfə verməkdir.

    Fotolar




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR