Tərtər sakininin əlində qumbara partlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. 1991-ci il təvəllüdlü Hüseynov Elmir Bəkir oğlunun əlində qumbara partlayıb. Nəticədə o ölüb, onun yanında olan qonşusu, Abbasov Fikrət Musa oğlu xəsarət alıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin motivi araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.