AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyadan 38 azərbaycanlı deportasiya edildi

  • + A
  • - A
  • 17-01-2020, 11:05

    Rusiyadan 38 azərbaycanlı deportasiya edildi


    Rusiya Federasiyasının Sverdlovski vilayətindən ötən il ərzində 38 azərbaycanlı deportasiya olunub.

    Oxu.az xəbər verir ki, Yekaterinburq ərazisindən ölkələrinə göndərilən azərbaycanlılar Rusiyanın miqrasiya qanunlarını pozublar.

    Ərazidən il ərzində ümumilikdə 2200 qanunsuz miqrant çıxarıldığı bildirilir.

    65-nin uşaq olduğu xarici vətəndaşların 1880 nəfəri biletlərini özləri alıb, qalanlarının xərcləri isə Rusiya Federasiyasının büdcəsi hesabına ödənilib.

    Rusiya Federasiyasının miqrant qanunlarını pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur, onlar cərimə ödəməklə ölkə ərazisindən çıxarılır və beş il müddətində həmin dövlətə qayıda bilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR