1967-ci il təvəllüdlü Qazax rayon sakini Cavanşir Vəliyev boyun nahiyəsində bıçaq xəsarəti ilə Bakı şəhər 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Kişinin xəstəxanaya iyunun 1-də, saat 02:15-də ağır vəziyyətdə Səbail rayonu, Hüseynbala Əliyev küçəsindən gətirildiyi məlum olub. İndiyə qədər 8-ci Polis Bölməsinin əməkdaşları özünə gəlmədiyi üçün onu dindirə bilməyib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.