Gədəbəydə ova gedən şəxs güllə yarası alıb.
Unikal.org-un Qərb mərkəzinin verdiyi məlumata əsasən rayon sakini, 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyyəsindən güllə yarası alıb. İlk olaraq Gədəbəy rayon Xəstəxanasına,oradan isə Gəncə şəhərinə gətirilən 43 yaşlı şəxs əməliyyat edilib və hazırda vəziyyəti orta ağırdır.
İlkin məlumata görə, Q.Fətullayev özünü yaralayıb.
Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.