AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlaxda AĞIR QƏZA: 2 nəfər öldü, 3 nəfər xəsarət aldı

  • + A
  • - A
  • 28-02-2021, 22:15


    Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib. Hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

    Belə ki, “VAZ-2106” və “Haval” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində Bərdə rayon sakinləri, Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov vəfat edib.

    Qəzada Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman qızı Əhmədli və Əhliman Kamal oğlu Əhmədli xəsarət alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. / "Report"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR