AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar

  • + A
  • - A
  • 6-04-2021, 12:03


    Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir. Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
    Aprelin 5-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
    Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən İmişli rayon sakini E.Vəliyev, Şabran rayon sakini R.Ağamirzəyev və Bərdə rayon sakini Ə.Məmmədova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
    Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə  çağırırıq. Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq.     
    Gəlin hamımız gözəgörünməz düşmən üzərində qələbəyə xidmət edək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR