Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ciddi ziyan vurub. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. Azəriqaz İB-nin əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür. Azəriqaz İB-dən Azadmedia.az-a verilən məlumata görə güclü küləklə bağlı mobil qrupları bütün ərazilərdə iş başındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.