.
Masallı rayonu Mahmudavar kəndindən olan, Azərbaycan Nefrologiyasının yaradıcılarından biri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş nefroloqu, tibb elmləri doktoru, professor Mehman Məmmədrəhim oğlu Ağayev dünyasını dəyişdi.
Mehman Ağayev 31 avqust 1946-cı ildə Mahmudavar kəndində anadan olmuşdu. Orta təhsilini doğulduğu kənddə qızıl medalla bitirmişdi. Azərbaycan Tibb Universitetində və Sankt-Peterburq Elmi-tədqiqat Neyrocərrahiyə İnstitutunda təhsil almışdı.
O, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş nefroloqu və eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri idi.
2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Həkimi" fəxri adını alan Mehman Ağayev 270-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 2 elmi-tədris filmin və 1 ixtiranın müəllifi idi.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.