ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Fars körfəzində onlara yaxınlaşan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi ediblər və bundan sonra İran gəmiləri təhlükəsiz bir məsafəyə çəkilib.
“Amerika komandaları radio və səsgücləndiricilər vasitəsi ilə çox sayda xəbərdarlıq göndəriblər, lakin SEPAH-ın gəmiləri yaxın məsafədən manevr etməyə davam ediblər. “Firebolt” qayığının heyəti daha sonra xəbərdarlıq atəşi edib və İran gəmiləri Amerika gəmilərindən təhlükəsiz bir məsafədə geri çəkiliblər”, - deyə açıqlamada qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.