Ekvadorun Quayakilya şəhərində həbsxanada məhbuslar arasında baş verən qarşıdurma nəticəsində 4 nəfər ölüb, 12-i yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Ekvadorun Həbsxanalar üzrə Milli İdarəetmə Mərkəzi məlumat yayıb.
Polisin müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınıb. İnsidentdə yaralanan məhbuslar xəstəxanalara yerləşdirilib.
Həbsxanada təhlükəsizlik tədbirləri gücləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.