AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həbsxanaya qozun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

  • + A
  • - A
  • 29-04-2021, 22:45


    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

    Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xuran Xeyrulla Aydın oğluna qohumu Bakı şəhər sakini Səlimxanov Araz Zeynal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qozun içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,608 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,262 qram olan psixotrop vasitə metamfetamin aşkar edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR