9 saylı Təcili Yardım Stansiyasının işçiləri etiraz aksiyası keçirir. AFN-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu dəqiqələrdə stansiyanın onlarla işçisi koronavirus pandemiyası səbəbilə maaşlarına edilməli olan əlavələrin düzgün hesablanıb verilməməsinə etiraz olaraq bunt ediblər. Stansiyanın tibbi və texniki personalı gələn çağırışlara getməkdən imtina edərək binanın önündə toplaşıb prezident sərəncamının yerinə yetirilməsini tələb edirlər. Aksiya iştirakçılarının tələblərini əks etdirən videoları təqdim edirik: