Xalq artisti Arif Quliyev vəfat edib.
Azadmedia.az xəbər verir ki, bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu.
Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.