AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gədəbəy Mineral Suları” MMC-nin satış təmsilçisinə cinayət işi açıldı

  • + A
  • - A
  • 16-05-2021, 16:16


    Qazax rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə “Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olmuşdur.
    Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmişdir.
    Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Hazırda istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR