Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb. Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub. O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.