AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

  • + A
  • - A
  • 10-06-2021, 14:45


     Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
     DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Boyat kənd sakini Sübhi Ağayev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 90 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb. 
     
    Faktla bağlı Ağcabədi RPŞ-də  araşdırmalar davam etdirilir.
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR