AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prokurorluq qardaş qatilinə cinayət işi açdı

  • + A
  • - A
  • 9-07-2021, 10:38


    Neftçala rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyulun 8-i saat 12 radələrində Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zaur Məmmədovun almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Vahid Məmmədovun ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zaur Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilmişdir.
    Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
    Vahid Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR