AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəmir yolundan oğurluq edən şəxslər saxlanıldı

  • + A
  • - A
  • 17-08-2021, 09:00


    Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Elçin Cəfərov, Ağasi Ağasiyev və Asim Şükürullayevi saxlayıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən E.Cəfərov dəmir yolunda təmir-tikinti işləri aparan şirkətdə mühafizəçi işləyib. Həmin şəxs əvvəlcədən tanışları A.Ağasiyev və A.Şükürullayevlə plan quraraq bu əməli törədib.
    Faktla bağlı araşdırmalar aparılır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR