Məlumat verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirlərin davamı kimi, mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran müxtəlif məsələlərlə bağlı maarifləndirici foto və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Hazırda təqdim olunan izahedici fotoda “Fake news”, yəni, saxta (yalan) xəbərin anlayışı və komponentləri barədə vətəndaşlarımıza izah verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.