Məlumat verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Azadmedia.az xəbər verir ki, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınmışdır. Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi “Tutulma” və “Həbs” anlayışları arasında fərq nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilmişdir. Təqdim olunmuş videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.