Övladını xilas etsə də, özü ölən ananın düşdüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakının Yasamal rayonunda marşrut avtobusunun vurduğu qadın dünyasını dəyişib.
Hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əsgərova Günel Adəm qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə nəticəsində qadının qucağında olan 1 yaşlı uşaq isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.
39 saylı marşrut avtobusunun sahibkarı Araz Mirzəyev açıqlamasında bildirib ki, hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində, "İnşaatçılar" metro stansiyasının qarşısında 39 saylı xətt marşrutu üzrə hərəkət edən 99 XV 274 dövlət nömrə nişanlı "DAEWO" markalı avtobus dayanacağa çırpılıb. Həmin vaxt dayanacaqda olan qadın və 1 yaşlı uşaq xəsarət alıb.
///Trend